Lənkəranda yük maşını traktorla toqquşub, 3 nəfər xəsarət alıb

Lənkəranda yük maşını traktorla toqquşub, 3 nəfər xəsarət alıb

Lənkəran rayonunda yük maşını traktorla toqquşub.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara-İran dövlət sərhədi yolunda, "ASAN Xidmət"in qarşısında baş verib.

Hadisə nəticəsində ağır yaralanan traktorun sürücüsü təcili yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Sıxılmış vəziyyətdə qalan iki nəfərin xilasedicilər tərəfindən deformasiyaya uğramış yük avtomobilindən çıxarılması işləri aparılır.