“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu zədəsini sağaldıb

“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu zədəsini sağaldıb

“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu İqor Ribeyro zədəsini sağaldıb.

“Birxeber.Az”un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, son iki oyunda iştirak etməyən müdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.

28 yaşlı futbolçunun Gəncə klubu ilə matçda iştirak edib-etməyəcəyinə oyun günü aydınlıq gələcək. “Sumqayıt”la görüşdə zədələnərək əvəzlənən fransalı yarımmüdafiəçi Aksel Nqandonun müalicəsi isə davam edir.

Qeyd edək ki, aprelin 5-də “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Kəpəz” oyunu saat 20:00-da başlayacaq.