Kamran Əliyev Qazaxstanın Baş prokurorunu Azərbaycana dəvət edib

Kamran Əliyev Qazaxstanın Baş prokurorunu Azərbaycana dəvət edib

Baş prokuror Kamran Əliyev qazaxıstanlı həmkarı Berik Asılovu Azərbaycana səfərə dəvət edib.

"Report" xəbər verir ki, K.Əliyev dəvət təklifini Azərbaycanda səfərdə olan Qazaxıstan Baş prokurorunun müavini Jandos Umiraliyevlə ikitərəfli görüşdə edib.

Belə ki, Kamran Əliyev bu ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının Azərbaycanda keçirələciyini və bununla bağlı qazaxıstanlı həmkarına dəvət məktubu ünvanladığını bildirib.