“Ural Hava Yolları” aprelin sonundan Jukovskidən Bakıya uçuşları bərpa edəcək

“Ural Hava Yolları” aprelin sonundan Jukovskidən Bakıya uçuşları bərpa edəcək

“Ural Hava Yolları” aprelin sonundan etibarən Moskva yaxınlığındakı Jukovski hava limanından Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək.

“Birxeber.Az” aviadaşıyıcının mətbuat xidmətinə istinadən xəbər verir ki, uçuşlar aprelin 26-dan başlayacaq.

Qeyd edilib ki, Jukovski - Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Eyni zamanda, Jukovskidən Bakıya uçuşlar cümə və şənbə günləri həyata keçiriləcək. Geriyə reyslər şənbə və bazar günləri baş tutacaq.

Aviaşirkət aprelin 2-dən bu marşrut üzrə reyslərə aviabiletlərin satışını açacaq.