Lənkəranda traktorla yük maşını toqquşub, xəsarət alanlar var - FOTO

Lənkəranda traktorla yük maşını toqquşub, xəsarət alanlar var - FOTO

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan yük avtomobili traktorla toqquşub. Yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb. Hadisə yerinə FHN-nin Lənkəran Yanğından mühafizə hissəsinin texnikası, canlı qüvvəsi və Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Yük maşınında sıxılıb qalan bir nəfər xilas olunub.

Qəza nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.