Stoltenberq: Moskvanı döyüş meydanında qalib gəlməyəcəklərinə inandırmalıyıq

Stoltenberq: Moskvanı döyüş meydanında qalib gəlməyəcəklərinə inandırmalıyıq

Əgər biz Rusiya-Ukrayna müharibəsinin bitməsini istəyiriksə, Moskvanı döyüş meydanında qalib gəlməyəcəklərinə inandırmalıyıq.

"Report" xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq NATO XİN başçılarının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Müttəfiqlərin Ukraynaya dəstəyimizi davam etdirməyimizlə bağlı razılaşmalarını alqışlayıram. Biz bunu daha sağlam hala salmalıyıq və ona görə də indi daha çox dəstəyi NATO çərçivəsində institusionallaşdırma yollarını müzakirə edirik. Çünki biz qəti şəkildə inanırıq ki, Ukraynaya dəstək qısamüddətli könüllü təkliflərə yox, uzunmüddətli NATO öhdəliklərinə bağlı olmalıdır",-o qeyd edib.

Stoltenberq vurğulayıb ki, onlar bununla Ukraynaya ehtiyac duyduqları şeyi verəcəklər:

"Bu, uzunmüddətli, proqnozlaşdırıla bilən, dayanıqlı dəstək olacaq. Ukraynaya dəstəyin 99%-i NATO müttəfiqlərindən gəlir".