Devid Kemeron NATO müttəfiqlərini hərbi xərclərini artırmağa çağırıb

Devid Kemeron NATO müttəfiqlərini hərbi xərclərini artırmağa çağırıb

Böyük Britaniyanın XİN rəhbəri NATO müttəfiqlərini hərbi sektora daha çox xərcləməyə çağırış edib.

Birxeber.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron aprelin 3-4-də Brüsseldə keçirləcək NATO ölklərinin xarici işlər nazirlərinin görüşündən əvvəl deyib.

"Ukraynanın NATO-ya həmişəkindən daha yaxın olduğu bir zamanda biz Ukraynanın müharibədə qalib gəlməsi üçün lazım olan kritik dəstəyi davam etdirməliyik. NATO müttəfiqləri Rusiyanın davam etməkdə olan təcavüzü və daha təhlükəli dünya qarşısında müdafiəyə daha çox vəsait ayırmalı və daha çox xərcləməlidir", - Devid Kemeron bildirib.