Gəncədə “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” qeyd olunub

Gəncədə “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” qeyd olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” münasibətilə tədbir təşkil olunub.

"Birxeber"un Qərb bürosunun məlumatına görə, şəhərin Xan bağında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, şəhər ictimaiyyətinin nümayəndələri, məktəblilər, yeniyetmə və gənclər iştirak ediblər.

Qeyd olunub ki, “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” YUNESKO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında təsis edilib. Məqsəd kitab və kitab mütaliəsinin önəminə diqqət çəkmək, kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək və s. məqsədlər daşıyır.

“23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” ilə əlaqədar olaraq Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən də mütəmadi olaraq silsilə tədbirlər keçirilir. Belə ki, IX-XI sinif şagirdlərinin iştirakı ilə "Nə? Harada? Nə zaman?" intellektual yarışı, V-VIII sinif şagirdlərinin iştirakı ilə "Gəlin birgə oxuyaq" müsabiqəsi təşkil edilib. Bununla yanaşı, ümumtəhsil məktəblərinin şagirdlərinin Nizami Gəncəvi məqbərəsinə, M.C.Paşayevin ev muzeyinə, Mərkəzi və Uşaq Kitabxanasına ekskursiyaları təşkil edilib.

Tədbirin davamında Gəncə şəhərinin ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən özündə müxtəlif nağıl qəhrəmanları, şair və yazıçılar haqqında təqdimatları ehtiva edən ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Tədbirin sonunda “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” ilə bağlı keçirilən müsabiqələrdə yer tutmuş, həmçinin "Düşünən oxucu" müsabiqəsinin şəhər mərhələsində fərqlənən şagirdlər təltif ediliblər.

Elm və təhsil Elm və təhsil
Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib

Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib

Elm və təhsil Elm və təhsil
Sabiq deputatın rəhbərlik etdiyi institut yenidən təşkil olunacaq

Sabiq deputatın rəhbərlik etdiyi institut yenidən təşkil olunacaq

Elm və təhsil Elm və təhsil
Buraxılış imtahanında az bal toplayanlar qəbul imtahanında iştirak edə bilərmi? - AÇIQLAMA

Buraxılış imtahanında az bal toplayanlar qəbul imtahanında iştirak edə bilərmi? - AÇIQLAMA

Elm və təhsil Elm və təhsil
Mayın 8-də 20 mindən çox şagird imtahan verəcək

Mayın 8-də 20 mindən çox şagird imtahan verəcək

Elm və təhsil Elm və təhsil
Ötən ay xaricdə təhsil alan 90 nəfərin diplomu tanınmayıb

Ötən ay xaricdə təhsil alan 90 nəfərin diplomu tanınmayıb

Elm və təhsil Elm və təhsil
Gəncədə “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” qeyd olunub

Gəncədə “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” qeyd olunub

Elm və təhsil Elm və təhsil
Şuşaya səfər edən Türkiyənin təhsil rəsmisi: “Şagirdlərimiz Azərbaycanın tarixini öyrənirlər”

Şuşaya səfər edən Türkiyənin təhsil rəsmisi: “Şagirdlərimiz Azərbaycanın tarixini öyrənirlər”

Elm və təhsil Elm və təhsil
BŞTİ təhsilsiz direktor müavini ilə bağlı daha bir açıqlama verib

BŞTİ təhsilsiz direktor müavini ilə bağlı daha bir açıqlama verib

Elm və təhsil Elm və təhsil
Uşaq bağçalarına qəbul iyul ayından başlayacaq

Uşaq bağçalarına qəbul iyul ayından başlayacaq

Elm və təhsil Elm və təhsil
Məleykə Abbaszadə: "Apellyasiya şikayətləri ilə 200-ə yaxın abituriyentin nəticəsi dəyişib"

Məleykə Abbaszadə: "Apellyasiya şikayətləri ilə 200-ə yaxın abituriyentin nəticəsi dəyişib"

Elm və təhsil Elm və təhsil
Özəl məktəbdə tam ödənişsiz təhsil imkanı əldə edin!

Özəl məktəbdə tam ödənişsiz təhsil imkanı əldə edin!

Elm və təhsil Elm və təhsil
DİM imtahan nəticələrinin tələbələr tərəfindən yoxlanıldığı iddialarına cavab verib

DİM imtahan nəticələrinin tələbələr tərəfindən yoxlanıldığı iddialarına cavab verib