44 ölkə Rusiya ilə bağlı beynəlxalq tribunalın təşkilini təklif edib

44 ölkə Rusiya ilə bağlı beynəlxalq tribunalın təşkilini təklif edib

44 ölkə Rusiyanın Ukraynada hüquq və insanlıq əleyhinə törətdiyi əməllərin araşdırılması üçün beynəlxalq tribunalın təşkilini təklif edib.

Birxeber.Az-nın məlumatına görə, xüsusi bəyanat Haaqada keçirilən “Ukrayna üçün Ədalətin Bərpası” adlı konfransda qəbul olunub.

Avropa İttifaqı ölkələri, eləcə də Gürcüstan, Moldova, ABŞ, Kanada, Böyük Britaniya və Yeni Zelandiyanın dəstəklədiyi sənəddə həmçinin Ukrayna ərazilərinin ilhaqının BMT-nin nizamnaməsinə zidd olduğu bildirilib.

Adı çəkilən ölkələr dünya ictimaiyyətini beynəlxalq hüquq normalarının pozulması faktlarının hərtərəfli araşdırılması, habelə Rusiya hakimiyyətində təmsil olunanların məsuliyyətə cəlbi üçün təcili tədbirlər görməyə çağırıblar.

Fərid Azəri