Xocavənddə fəhlələri daşıyan mikroavtobus aşıb, 11 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-2

Xocavənddə fəhlələri daşıyan mikroavtobus aşıb, 11 nəfər xəsarət alıb  - FOTO  - YENİLƏNİB-2

Xocavənd rayonunda baş verən yol qəzası ilə bağlı Bərdə rayon mərkəzi xəstəxanasına ümumilikdə 11 nəfər yerləşdirilib.

Bərdə RMX-dan APA-nın Qarabağ bürosuna bildirilib ki, baş verən hadisə ilə əlaqədar 11 (4- kişi cinsli, 7-i qadın cinsli) nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xocavənd rayonunda baş verən qəza ilə əlaqədar 11 nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.

Müxtəlif növ bədən xəsarətləri alan 11 nəfərdən (7-si qadın cinsli, 4-ü kişi cinsli olmaqla) 5-nin vəziyyəti orta ağır, 6-nın vəziyyəti isə stabil qiymətləndirilir.

Digər xəsarət alan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

2 aprel 23.34

Xocavənd rayon ərazisində baş verən qəzada xəsarət alan 9 nəfərdən 5-i Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Bərdə rayon mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədov deyib.

V. Məmmədovb bildirib ki, xəsarət alanların vəziyyəti orta ağırdır. Qeyd olunub ki, axşam saatlarında 5 nəfər Xocavənd rayonu ərazisində avtoqəzadan sonra xəstəxanaya müraciət edib. Bərdə rayon mərkəzi xəstəxanasının qəbul şöbəsinə daxil olarkən xəsarət alanların hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilib. Hər bir şəxs üzərində ilkin cərrahi işləmələri icra olunub. Onların 5-nin vəziyyəti orta ağırdır. Həyatı təhlükələri yoxdur.

***

22:32

Xocavənd rayonunda mikroavtobus aşıb, 9 nəfər xəsarət alıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb.

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb.

Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi "Mercedes" markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib. Nəticədə mikroavtobus aşıb.

Qəza nəticəsində mikroavtobusda olan ümumilikdə 17 nəfərdən 9-u xəsarət alıb. Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

***
21:06

Xocavənd rayon Cəmiyyət kəndi ərazisində fəhlə daşıyan avtomobil aşıb, 8 nəfər yaralanıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya çatdırılıb, onların arasında həyatını itirən yoxdur.

Araşdırma aparılır.

Emin Babayev

Aləmdə Nəsib