Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib
Beynəlxalq Boks Assosiasiyası (IBA) idmançılara yarışlara bığ və saqqalla qatılmağa icazə verib.
"Birxeber.Az"un IBA-nın rəsmi saytına istinadən məlumatına görə, boksçular yarış zamanı saqqal və bığ saxlaya biləcəklər.
Amma saqqal 10 sm-dən çox olmamalı və boyunu örtməməlidir.
Qeyd edək ki, daha əvvəl idmançıların rinqə saqqalla çıxması qadağan edilmişdi.