Azərbaycanda dövlət 2 830 manata "Hyundai Santafe" markalı avtomobil satıb

Azərbaycanda dövlət 2 830 manata "Hyundai Santafe" markalı avtomobil satıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 nəqliyyat vasitəsi özəlləşdirilib.

"Birxeber.Az" quruma istinadən xəbər verir ki, hərrac rəqabətli keçib.

Belə ki, ilkin qiyməti 1 250 manat olan "Hyundai Santafe" markalı avtomobil 2 830 manata satılıb.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/39pNG2 linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 9, 16, 23 və 30 apreldə keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 158 nəqliyyat vasitəsi çıxarılacaq.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.