“Crocus City Hall”da ölən uşaqların sayı 6-ya çatıb

“Crocus City Hall”da ölən uşaqların sayı 6-ya çatıb

Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da ölən uşaqların sayı 6-ya çatıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Uşaq Hüquqları üzrə Müşaviri Mariya Lvova-Belova deyib.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.

Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.