Türkiyə Prezidenti: "Qafqazda baş verən hər hadisəni diqqətlə izləyirik"

Türkiyə Prezidenti: "Qafqazda baş verən hər hadisəni diqqətlə izləyirik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qafqazda baş verən hər hadisəni diqqətlə izlədiklərini bildirib.

“Report” xəbər verir ki, bu barədə Ərdoğan İzmir şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə dünyada baş verən bütün hadisələrə, o cümlədən Rusiya-Ukrayna müharibəsinə operativ reaksiya verir.

R.T.Ərdoğan söyləyib ki, rəsmi Ankara başqa dövlətlərin yox, öz millətinin iradəsi ilə addımlar atır.