Stoltenberq Ukraynaya əlavə 100 mlrd. avro ayrılmasını təklif edib

Stoltenberq Ukraynaya əlavə 100 mlrd. avro ayrılmasını təklif edib

NATO-ya üzv dövlətlər Ukraynaya əlavə 100 milyard avro ayrılmasını müzakirə edəcək.

Birxeber.Az-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu alyansın baş katibi Yens Stoltenberq bəyan edib.

O deyib ki, sözü gedən məsələ bugünkü görüşün gündəliyinə salınıb.

Bu arada, ekspertlər bildirib ki, sözü gedən addım alyansın Ukrayna ordusuna silah-sursat tədarükündəki rolunu artırmaq imkanı verəcək.

Qeyd edək ki, sözü gedən müzakirələr həm də Şimali Atlantika Müqaviləsi Təşkilatının iyulda Vaşinqtonda qeyd olunacaq 75-ci ildönümünə hazırlıq məqsədi daşıyır.

Fərid Azəri