Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 12% artıb

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 12% artıb

2024-cü ilin yanvar-fevral ayında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 372,2 milyon manat dəyərində əməliyyat aparılıb.

"Birxeber.Az-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın fevral buraxılışına istinadən xəbər verir.

Qeyd edək ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% və ya 38,4 mln. manat çoxdur. 2023-cü ilin eyni dövründə bu rəqəm 333,8 mln manat təşkil edib.