Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 12 % artıb

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 12 % artıb

Bu ilin yanvar-fevral aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 372,2 milyon manatlıq əməliyyat aparıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın mart buraxılışında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % çoxdur.

Təkcə fevralda isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 184,3 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 13,6 % çoxdur.