Tayvanda baş verən zəlzələdə zərərçəkənlərin sayı 700-ü ötüb - YENİLƏNİB-3

Tayvanda baş verən zəlzələdə zərərçəkənlərin sayı 700-ü ötüb - YENİLƏNİB-3

Tayvanın şərq sahillərində baş verən zəlzələ nəticəsində 700-dən çox insan xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə "Reuters" ölkə hökumətinə istinadən məlumat yayıb.

Son məlumatlara görə, zəlzələdə azı 4 nəfər həlak olub

08:18

Çərşənbə günü səhər saatlarında Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Tayvanın “Çjunşi Sinvenyan” informasiya portalı məlumat yayıb.

Daha əvvəl “Reuters” adanın yanğınsöndürmə idarəsinə istinadən 1 ölü və 50-dən çox yaralı haqqında məlumat yayıb.

Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.

06:57

Tayvanda baş verən zəlzələ nəticəsində azı 1 nəfər ölüb, 50 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Yanğınsöndürmə Xidməti məlumat yayıb.

Daha əvvəl bildirilirdi ki, zəlzələdən sonra səkkiz mərtəbəli yaşayış binası qismən uçub, 8 nəfər içəridə qalıb.

Hualyanda, Çjunşan və Çunçin küçələrinin kəsişməsindəki binanın birinci mərtəbəsi dağılıb, bina əyilib, lakin dağılmayıb. Hadisə yerinə gələn xilasedicilər yanğın nərdivanlarından istifadə edərək sakinləri pəncərələrdən çıxarıblar.

Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.

06:36

Tayvanda baş verən zəlzələdən sonra səkkiz mərtəbəli yaşayış binası qismən uçub.

"Report" adanın Mərkəzi Xəbər Agentliyinə istinadən məlumatına görə, 8 nəfər içəridə qalıb.

Qeyd edilir ki, Hualyanda, Çjunşan və Çunçin küçələrinin kəsişməsindəki binanın birinci mərtəbəsi dağılıb, bina əyilib, lakin dağılmayıb. Hadisə yerinə gələn xilasedicilər yanğın nərdivanlarından istifadə edərək sakinləri pəncərələrdən çıxarıblar.