Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda iştirak edib

Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda iştirak edib

Azərbaycanın daha bir ağırlıqqaldıranı İsa Rüstəmov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.

"Birxeber.Az"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı D qrupunda qüvvəsini sınayıb.

O, toplam 320 kq (145+175) nəticə göstərib. Rüstəmovun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub.