Nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılıb

Nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılıb

Azərbaycan Resrublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılıb.

Birxeber.Az-nın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb.

Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Sərəncam 2024-cü il fevralın 1-dən qüvvəyə minir.