Qobustanda keçmiş məhkumlar narkotiklə saxlanılıblar

Qobustanda keçmiş məhkumlar narkotiklə saxlanılıblar

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamil Hüseynov və Orxan İbrahimov saxlanılıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Birxeber.Az-ya verilən məlumata görə, K.Hüseynovdan heroin, O.İbrahimovdan isə heroin və marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.