Xankəndidən Laçına sülhməramlıların daha 15 avtomobili maneəsiz keçib - YENİLƏNİB

Xankəndidən Laçına sülhməramlıların daha 15 avtomobili maneəsiz keçib - YENİLƏNİB

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 15 təminat və təchizat avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 3 minik və 12 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib. 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. 

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 16 avtomobil maneəsiz hərəkət edib.

09.40

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin minik maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, ötən gün Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 33 avtomobil maneəsiz hərəkət edib.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 36 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 20 avtomobili maneəsiz keçib - YENİLƏNİB-4

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 20 avtomobili maneəsiz keçib - YENİLƏNİB-4

QARABAĞ QARABAĞ
İlham Əliyev: "Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik"

İlham Əliyev: "Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik"

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolundakı aksiya iştirakçılarına yüksək səviyyədə şərait yaradılıb

Xankəndi-Laçın yolundakı aksiya iştirakçılarına yüksək səviyyədə şərait yaradılıb

QARABAĞ QARABAĞ
Azərbaycanda Qarabağ erməniləri üçün "Qaynar xətt" yaradılıb, məxfiliyə zəmanət verilir

Azərbaycanda Qarabağ erməniləri üçün "Qaynar xətt" yaradılıb, məxfiliyə zəmanət verilir

QARABAĞ QARABAĞ
Tanınmış səyahətçilər Horadizdə minatəmizləmə işlərinin gedişi ilə tanış olublar

Tanınmış səyahətçilər Horadizdə minatəmizləmə işlərinin gedişi ilə tanış olublar

QARABAĞ QARABAĞ
Aksiyaya baxmayaraq Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıqdır - YENİLƏNİB-3

Aksiyaya baxmayaraq Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıqdır - YENİLƏNİB-3

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda BQXK-nin avtomobilləri növbəti dəfə maneəsiz keçib-YENİLƏNİB

Xankəndi-Laçın yolunda BQXK-nin avtomobilləri növbəti dəfə maneəsiz keçib-YENİLƏNİB

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin keçidinə şərait yaradılıb - YENİLƏNİB

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin keçidinə şərait yaradılıb - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda BQXK-nin avtomobillərinin hərəkətinə növbəti dəfə şərait yaradılıb

Xankəndi-Laçın yolunda BQXK-nin avtomobillərinin hərəkətinə növbəti dəfə şərait yaradılıb

QARABAĞ QARABAĞ
İlham Əliyev: "Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir"

İlham Əliyev: "Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir"

QARABAĞ QARABAĞ
XİN rəhbəri: “Azərbaycan ərazisində minalar hər gün insan ölümünə səbəb olur”

XİN rəhbəri: “Azərbaycan ərazisində minalar hər gün insan ölümünə səbəb olur”

QARABAĞ QARABAĞ
Özcan Kars: “Ermənilərin Qarabağda törətdikləri vəhşi insanların hərəkətləridir”

Özcan Kars: “Ermənilərin Qarabağda törətdikləri vəhşi insanların hərəkətləridir”