Seneqala yeni Baş nazir təyin edilib

Seneqala yeni Baş nazir təyin edilib

Seneqal Prezidenti Bassiro Diomaye Fay Usman Sonkonu ölkənin Baş naziri təyin edib.

"Report"un xəbərinə görə, bu barədə "L Agence de presse senegalaise" (APS) məlumat yayıb.

Mari Teu Nian dövlət başçısı Aparatının rəhbəri təyin edilib. APS-nin məlumatına görə, Seneqal hökumətinin tərkibi yaxın vaxtlarda açıqlanacaq.

Sonko Seneqal Vətənpərvərləri İş, etika və qardaşlıq Partiyasına rəhbərlik edir. Onun martın 24-də keçirilən prezident seçkilərində iştirakına icazə verilməyib.