Bakıda həyətyanı sahədə qazılan quyu partlayışa səbəb olub, bir nəfər ölüb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda həyətyanı sahədə qazılan quyu partlayışa səbəb olub, bir nəfər ölüb   - FOTO - VİDEO - YENİLƏNİB

Bakının Xəzər rayonunun Binə qəsəbəsində ölümlə nəticələnən partlayış baş verib.

Birxeber.Az xəbər verir ki, 1983-cü il təvəllüdlü Mehrəliyev Şahid Ədalət oğlu mərkəzi kanalizasiya sistemi olmadığı həyatyanı sahədə təbii ehtiyaclar üçün qazılan quyuda iş görən zaman partlayış baş verib.

Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

***
01:45

Xəzər rayonunda ölümlə nəticələnən hadisə baş verib.

Birxeber.Az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Mehrəliyev Şahid Ədalət oğlu yeraltı su kanalizasiya xəttində iş görən zaman ordan keçən qaz borusunda sızma olub.

Nəticədə partlayış baş verib.

Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Fakt araşdırılır.