Britaniya XİN: Şimali Koreyanın ballistik raket buraxması BMT TŞ qətnamələrinin pozulmasıdır

Britaniya XİN: Şimali Koreyanın ballistik raket buraxması BMT TŞ qətnamələrinin pozulmasıdır

Şimali Koreyanın ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

APA xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Şimali Koreyanın aprelin 2-də ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələrinin pozulmasıdır. Qeyri-qanuni ballistik raketlərin buraxılması Koreya yarımadasında sülh və təhlükəsizliyi pozmağa davam edir. Böyük Britaniya Şimali Koreyanı növbəti təxribatlardan çəkinməyə, dialoqa qayıtmağa və nüvəsizləşdirmə istiqamətində etibarlı addımlar atmağa çağırır”, - bəyanatda deyilir.