Britaniya XİN: KXDR-in ballistik raket buraxılışı BMT TŞ-nin qətnamələrinin pozulmasıdır

Britaniya XİN: KXDR-in ballistik raket buraxılışı BMT TŞ-nin qətnamələrinin pozulmasıdır

Şimali Koreyanın ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

"Birxeber.Az"un məlumatına görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Şimali Koreyanın aprelin 2-də ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələrinin pozulmasıdır. Qeyri-qanuni ballistik raket buraxılışları Koreya yarımadasında sülh və təhlükəsizliyi pozmaqda davam edir. Böyük Britaniya qətiyyətlə Şimali Koreyanı növbəti təxribatlardan çəkinməyə, dialoqa qayıtmağa, nüvəsizləşdirmə istiqamətində etibarlı addımlara çağırır", - bəyanatda deyilir.

KXDR aprelin 2-də "hipersəsli uçuşun döyüş başlığı" ilə yeni orta və daha uzun mənzilli "Hvasonpho-16b" raketini uğurla sınaqdan keçirib. Məlumata görə, sınaqlara ölkə lideri Kim Çen In rəhbərlik edib.