ABŞ Dövlət katibi Çinə səfər edəcək

ABŞ Dövlət katibi Çinə səfər edəcək

ABŞ Dövlət katibi Antoni Blinken Çinə səfər edəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə administrasiyadan məlumat verilib.

Bildirilib ki, səfərin tarixi hələ dəqiqləşməsə də, yaxın vaxtlarda reallaşdırılacaq.

Qeyd edək ki, bundan əvvəl Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.