Nepalda göyərtəsində 72 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Nepalda göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olan “Yeti” Hava Yollarına məxsus sərnişin təyyarəsi Poxara Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında qəzaya uğrayıb.
“Birxeber.Az” xəbər verir ki, bu barədə “The Kathmandu Post” yazıb.
Qəza layner havaya qalxarkən baş verib.
Nəşr bildirib ki, hazırda xilasetmə işləri aparılır, hava limanı müvəqqəti bağlanıb.
Hadisə nəticəsində sağ qalanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.