Azərbaycanda mebel istehsalı idxalını 30% üstələyib

Azərbaycanda mebel istehsalı idxalını 30% üstələyib

2023-cü il ərzində Azərbaycana 132 milyon 135 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin əvvəlki illə müqayisədə 12.8% və ya 15 milyon dollar çoxdur. 2022-ci ildə Azərbaycana 117 milyon 110 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

Hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.76% təşkil edib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən ötən il ölkədə 292.8 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici 2022-ci illə müqayisədə 10.5% çoxdur. Ötən il mebel istehsalı idxalını 30% üstələyib.