Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

Cəlilabadda iki avtomobil toqquşub.

Birxeber.Az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan "Toyota Prius" markalı minik avtomobili "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində iki qadının xəsarət aldığı bildirilir.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.