Blinken: Ukraynaya yardım paketi qısa vaxtda təsdiqləməlidir

Blinken: Ukraynaya yardım paketi qısa vaxtda təsdiqləməlidir

“Rusiya ilə müharibədə özünün ən gərgin dövrünü yaşayan Ukraynanın əlavə dəstəyə ehtiyacı var”.

APA-nın “Reuters”’ə istinadən xəbərinə görə, bunu Fransada səfərdə olan ABŞ-nin dövlət katibi Entoni Blinken deyib.

O, əlavə edib ki, məhz adı çəkilən dövlətə dəstəyi davam etdirmək üçün prezident Co Bayden Konqresə müraciət edib.

Dövlət katibinin sözlərinə görə, ali qanunverici orqan vəziyyətin daha da mürəkkəbləşməməsi üçün yardım paketini qısa bir vaxtda təsdiqləməlidir.

Fərid Azəri