Dnepr şəhərinə raket zərbəsi zamanı yaralıların sayı 73-ə çatıb, ölənlər var, matəm elan edilib - YENİLƏNİB-3

Dnepr şəhərinə raket zərbəsi zamanı yaralıların sayı 73-ə çatıb, ölənlər var, matəm elan edilib - YENİLƏNİB-3

Rusiyanın Ukraynanın Dnepr şəhərində hündürmərtəbəli binaya endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 73 nəfərə çatıb, yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Dnepr Şəhər Şurası məlumat yayıb.

Qeyd edilir ki, 14 yanvar 2023-cü il şənbə günü Rusiyanın “Pobeda” yaşayış massivinə endirdiyi zərbə nəticəsində binanın bir hissəsi partlayış nəticəsində tamamilə dağılıb.

"Məliç olduğu kimi, yanvarın 14-də günorta saatlarında rusiyalı terrorçular 1,1 mindən çox insanın yaşadığı hündürmərtəbəli binanı raketlə vurublar. Partlayış nəticəsində evin bir hissəsi tamamilə dağılıb. Hazırda 12 nəfərin həlak olduğu məlumdur. Həmçinin, 73 nəfər yaralanıb, onların demək olar ki, hamısı hazırda xəstəxanalardadır”, - məlumatda deyilir.

Xəsarət alanlar arasında 14 uşağın olduğu qeyd edilir. Dağıntılar hələ də təmizlənir.

"Faciə yerində xilasedicilər, hərbçilər, şəhərin xidmət qurumlarının əməkdaşları, polis əməkdaşları və çoxlu sayda texnika hələ də işləyir. Dağıntılar təmizlənir. Evləri ziyana məruz qalanların müvəqqəti sığınacaqlara aparılması üçün avtobuslar təşkil olunub. Şəhər rəhbərliyi onlara, ehtiyacı olan bütün insanlara yardım göstərir", - Şəhər Şurasından əlavə edilib.

00:10

Yanvarın 14-də Ukraynanın Dnepropetrovsk vilayətinin Dnepr şəhərinin rayonlarından birinin Rusiya ordusu tərəfindən atəşə tutulması nəticəsində azı 9 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.

"Artıq 9 ölü, onların arasında 15 yaşlı qız da var. 64 yaralı - 59-u xəstəxanaya yerləşdirilib, qalanları evlərində müalicə olunur. Rusiya raketi onlarla dneprli ailəni kədərləndirdi. Haqq-hesab vaxtı gələcək”, - Valentin Rezniçenko sosial şəbəkə hesabında yazıb.

14.01.2023. 21:01

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində həyata keçirdiyi növbəti irimiqyaslı raket hücumu nəticəsində 5 nəfər ölüb, 40-a yaxın yaralı var.

"Report" bu barədə "UNİAN"a istinadən xəbər verir.

Dneprdə çoxmərtəbəli binaya düşən raket nəticəsində 39 yaralının olduğu məlumdur, onlardan yeddisi uşaqdır.

Bununla yanaşı, ərazidə 15 avtomobil yanıb, onlarla mənzilə ciddi ziyan dəyib.

Hadisə yerinə 230-dan çox xilasedici və 67 texnika cəlb olunub.

19:14

Rusiya hərbçiləri Ukraynanın Dnepr şəhərində növbəti irimiqyaslı raket hücumu həyata keçirib, yaralananlar var.

"Report" "UNİAN"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Məlumata görə, yaşayış binasının vurulması nəticəsində ikisi uşaq olmaqla 10 nəfər xəsarət alıb. Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır.

Hazırda şəhər xidmətləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir.

Dnepr meri Boris Filatov bildirib ki, hücum nəticəsində elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.

Digər ölkələr Digər ölkələr
Pakistan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Pakistan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Digər ölkələr Digər ölkələr
Bayden Polşada 9 ölkənin lideri ilə görüşəcək

Bayden Polşada 9 ölkənin lideri ilə görüşəcək

Digər ölkələr Digər ölkələr
Yaponiya və Çin təhlükəsizlik məqsədilə birbaşa rabitə xətti yaradacaq

Yaponiya və Çin təhlükəsizlik məqsədilə birbaşa rabitə xətti yaradacaq

Digər ölkələr Digər ölkələr
Pakistanda məsciddə partlayışda ölənlərin sayı 72 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-6

Pakistanda məsciddə partlayışda ölənlərin sayı 72 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-6

Digər ölkələr Digər ölkələr
Aİ G7 sammitində Ukraynaya hərbi yardımın artırılmasına israr edəcək

Aİ G7 sammitində Ukraynaya hərbi yardımın artırılmasına israr edəcək

Digər ölkələr Digər ölkələr
İtaliya paytaxtında minlərlə insan Ukraynada atəşkəs üçün aksiya keçirib

İtaliya paytaxtında minlərlə insan Ukraynada atəşkəs üçün aksiya keçirib

Digər ölkələr Digər ölkələr
Banqladeşdə avtobus aşıb, 16 nəfər ölüb

Banqladeşdə avtobus aşıb, 16 nəfər ölüb

Digər ölkələr Digər ölkələr
ABŞ Suriyada "Sepah"la əlaqəli obyektlərə zərbə endirib

ABŞ Suriyada "Sepah"la əlaqəli obyektlərə zərbə endirib

Digər ölkələr Digər ölkələr
Filippində "Nalji" qasırğası 110 nəfərin həyatına son qoyub

Filippində "Nalji" qasırğası 110 nəfərin həyatına son qoyub

Digər ölkələr Digər ölkələr
İngiltərədə on minlərlə tibb bacısı tətil edəcək

İngiltərədə on minlərlə tibb bacısı tətil edəcək

Digər ölkələr Digər ölkələr
NYT: Baydenin miqrasiya siyasəti səbəbindən Meksikada humanitar böhran böyüyür

NYT: Baydenin miqrasiya siyasəti səbəbindən Meksikada humanitar böhran böyüyür

Digər ölkələr Digər ölkələr
Braziliya polisi hava limanında partlayış törətmək istəyən şübhəli şəxsi saxlayıb

Braziliya polisi hava limanında partlayış törətmək istəyən şübhəli şəxsi saxlayıb