Azərbaycan pəhləvanı: Rekordlarımı şəhidlərə həsr edirəm

Azərbaycan pəhləvanı: Rekordlarımı şəhidlərə həsr edirəm

Rekordlarımı aprel qəhrəmanlarına və şəhidlərimizə həsr edirəm.

"Birxeber.Az" xəbər verir ki, bunu dünya rekordlarına imza atan Azərbaycan pəhləvanı Vüsal Cavadov jurnalistlərə açıqlamasında deyib.

Pəlhəvan zorxana idman növü üzrə üçqat Avropa çempionu, ikiqat Dünya Kubokunun sahibi və indiyək yeddiqat dünya rekordçusu olduğunu xatırladıb.

O, Gənclər və İdman Nazirliyinin rəhbərliyinə, əməkdaşlarına ona şərait yaratdıqları üçün təşəkkür edib: "Hörmətli media nümayəndələri bu gün məni tək qoymadılar. Bütün uğurlarımızı dünyaya çatdırırsınız. 6 yaşımdan pəhləvanlıq edirəm. Qeyri-adi hərəkətləri ortaya qoymağa çalışırıq. Gələcəkdə yenə rekordlara imza ata bilərəm".

Qeyd edək ki, Vüsal Cavadov bu gün daha üç dünya rekordu müəyyənləşdirib.