Şuşada 7 yaşayış massivi tikilir
“Şuşada 7 yaşayış massivinin, məscid və digər obyektlərin tikintisi davam edir”.
Birxeber xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində çıxışı zamanı bildirib.
M.Abbasov qeyd edib ki, Şuşada yeni otellərin də tikintisi nəzərdə tutulur: "Gələcəkdə Şuşada istənilən böyükmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi mümkün olacaq".
Birxeber