Azərbaycanlı turistlərin Türkiyədəki xərcləri açıqlanıb

Azərbaycanlı turistlərin Türkiyədəki xərcləri açıqlanıb

Ümumilikdə ötən il ərzində Azərbaycandan Türkiyəyə səyahət edənlərin sayı 855 min 445 olub. Ötən il ərzində azərbaycanlı turistlər Türkiyədə ümumilikdə 947 min 469 ABŞ dolları vəsait xərcləyiblər ki, bu da adambaşına 1108 ABŞ dolları deməkdir.

APA-Economics”in Türkiyənin ölkələr üzrə hazırlanan turizm datalarına istinadən xəbərinə görə, ümumilikdə ötən il ərzində Azərbaycandan Türkiyəyə səyahət edənlərin sayı 855 min 445 olub. Ötən il ərzində azərbaycanlı turistlər Türkiyədə ümumilikdə 947 min 469 ABŞ dolları vəsait xərcləyiblər ki, bu da adambaşına 1108 ABŞ dolları deməkdir.

Bundan başqa, cari ilin ilk iki ayında Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb. 2024-cü ilin yanvar- fevral aylarında Azərbaycandan Türkiyəyə səyahət edən turistlərin sayı 120 min 756 olub.

Xatırladaq ki, 10 il öncə - 2013-cü ildə Azərbaycandan Türkiyəyə səyahət edənlərin sayı 630 min 754 olub. Həmin dövrdə azərbaycanlı turistlər Türkiyədə ümumilikdə 570 min ABŞ dollarından artıq vəsait xərcləyib. Bu da adambaşına 904 ABŞ dollarına bərabər olub.