Tokayev yaxın vaxtlarda İrəvana səfər edəcək

Tokayev yaxın vaxtlarda İrəvana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yaxın vaxtlarda İrəvana səfər edəcək.

Birxeber.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətindən bildirilib.

Rəsmi səfərin detalları bu gün İrəvanda Ermənistan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclasında müzakirə edilib.

Kasım-Jomart Tokayev yaxın günlərdə keçiriləcək biznes forumda iştirak edəcək.