Estoniya Baş naziri Mark Ruttenin NATO-nun rəhbəri olmasını dəstəkləyir

Estoniya Baş naziri Mark Ruttenin NATO-nun rəhbəri olmasını dəstəkləyir

Estoniya Niderland Baş naziri Mark Ruttenin NATO-nun Baş katibi postuna namizədliyini dəstəkləyir.

APA xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas "X" hesabında bildirib.

"Güclü NATO üçün biz Rusiya ilə bağlı diqqətli olmalı, çəkindirməni və müdafiə xərclərini artırmalı, Ukraynanın üzvlüyünü dəstəkləməliyik və coğrafi tarazlığı qorumalıyıq.
Mən bunu Mark Rutte ilə dərindən müzakirə etdim və o, bu prioritetlərə sadiqdir. Estoniya onu NATO-nun baş katibi postunda dəstəkləyə bilər", - Baş nazir Kaya Kallas deyib.

Qeyd edək ki, daha əvvəl Kaya Kallas müsahibələrində NATO-nun Baş katibi vəzifəsinə açıq olduğunu bildirmiş, NATO-nun baş katibi Yens Stoltenberqin varisinin alyansın müdafiə xərcləri hədəflərinə cavab verən ölkədən olmalı olduğunu vurğulamışdı. Kallas həmçinin qeyd edirdi ki, NATO-nun növbəti rəhbəri Şərqi Avropadan olmalıdır.

Son aylarda Kallas NATO-nun baş katibi vəzifəsində Yens Stoltenberqin potensial varisi kimi təqdim edilsə də Estoniyanın baş nazirinin bu vəzifəni tutmaq şansı olmayacağı aydın idi, çünki NATO üzvlərinin heç də hamısı onun Rusiya haqqında sərt tənqidi bəyanatlarını bəyənmir.

Xatırladaq ki, bu ilin oktyabrında Stoltenberq Baş katib postundan gedir.