Azərbaycandan Sank-Peterburqa ixrac missiyalarının bərpası təklif olunur

Azərbaycandan Sank-Peterburqa ixrac missiyalarının bərpası təklif olunur

Azərbaycandan Rusiyanın Sank-Peterburq şəhərinə ixrac missiyalarını bərpa etmək lazımdır.

"Birxeber.Az" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Sankt-Peterburq və Azərbaycan əməkdaşlıq üfüqlərini genişləndirir" mövzusunda biznes forumda bildirib.

Onun sözlərinə görə, məqsəd Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirməkdir: "Bununla bağlı biz vaxtilə Sank Peterburqa ixrac missiyası təşkil etmişik. Bu fəaliyyəti tərəfdaşlarla müzakirə edib, ilin sonuna qədər Azərbaycan şirkətlərinin ixrac missiyalarını bərpa etmək lazımdır. İxrac missiyasının təşkil edilməsinə qədər isə əlaqələrimizi necə inkişaf etdirəcəyimizə nəzər salmaq lazımdır",- deyə o qeyd edib.