Sankt-Peterburq qubernatoru: "Azərbaycana neft avadanlıqlarının tədarükünü təşkil etməyə hazırıq"

Sankt-Peterburq qubernatoru: "Azərbaycana neft avadanlıqlarının tədarükünü təşkil etməyə hazırıq"

Sankt-Peterburq müəssisələri Azərbaycana neft və qaz quyuları üçün avadanlıq tədarük etməyə hazırdır.

“Birxeber.Az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.

“Sankt-Peterburqla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin rəhbərlərinin müəyyən etdiyi xətt üzrə tam şəkildə davam edir. Şəhər rəhbərliyi nəzərdə tutulmuş bütün planların həyata keçirilməsinə qoşulmağa hazırdır. Biz ticari-iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiyaların artırılmasını prioritet kimi görürük”, - deyə o qeyd edib.

Qubernator vurğulayıb ki, Rusiyanın şimal paytaxtı ilə Azərbaycan arasında ticarət dövriyyəsi artır: "2023-cü ilin 3 rübünün yekunlarına görə, artım 33 %-dən çox olub".

O, qarşılıqlı tədarükü genişləndirmək üçün birgə işləməyi təklif edib: “Sankt-Peterburq müəssisələri Azərbaycana neft və qaz quyuları üçün avadanlıq tədarük etməyə, “Şimal-Cənub” avtomobil nəqliyyat dəhlizinin inkişafında, xüsusən də avtomobil yollarının inşası layihələrinin həyata keçirilməsində və s. iştirak etməyə hazırdır”.