Naxçıvanda 9,3 mindən çox pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən aparılıb

Naxçıvanda 9,3 mindən çox pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə işlər nəticəsində Muxtar Respublikada da sosial ödənişlərin elektron sistemlər üzərindən proaktiv təyinatı mexanizmləri qurulub.

Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, muxtar respublikada artıq 9,3 mindən çox pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Nəticədə həmin sosial ödənişlərə hüququ yaranmış şəxslərin müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan proaktiv qaydada bu ödənişlərin təyinatı həyata keçirilib.

Eyni zamanda, Naxçıvan MR-də də artıq e-sosial.az portal üzərindən pensiya barədə məlumat almaq, e-arayışlar əldə etmək imkanı yaradılıb.