Türkiyədə gecə klubunda yanğında ölənlərin sayı 27-yə çatıb - YENİLƏNİB-6

Türkiyədə gecə klubunda yanğında ölənlərin sayı 27-yə çatıb - YENİLƏNİB-6

Türkiyənin İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 27-yə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

17:24

Türkiyədə İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 25-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, yaralılardan 3-nün vəziyyəti ağırdır.

17:19

Türkiyədə İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 16-ya çatıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Yaralıların yeni sayı açıqlanmayıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların müalicəsi davam edir.

Bundan başqa, 5 şübhəlinin saxlanıldığı bildirilir.

16:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul vilayətinin Şişli ayonunda 16 mərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğın barədə ölkənin daxili işlər naziri Ali Yerlikayaya zəng edib.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, nazir R.T.Ərdoğana hadisənin nəticələri barədə məlumat verib.

16:23

Türkiyədə İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 15-ə çatıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, 7-si ağır olmaqla 8 nəfər yaralanıb.

İstanbul valiliyi hadisə ilə bağlı araşdırma başladıb.

Yanğın yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb. Hazırda soyutma işləri aparılır.

Qeyd edilib ki, binada yerləşən klubda aparılan təmir işləri zamanı yanğın baş verib. Ölən və yaralananların oranın işçiləri olduğu bildirilir.

15:58

Türkiyənin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində 8 nəfər ölüb, 6-sı ağır olmaqla 15 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, İstanbul valiliyi hadisə ilə bağlı araşdırma başladıb.

Qeyd edilib ki, yanğın binanın mənfi 1 və mənfi 2-ci mərtəbələrində yerləşən klubda baş verib.

15:29

Türkiyədə İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın olub.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Posta küçəsində olub.

İlkin məlumata görə, yanğın nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi hələ ki məlum deyil.