İstanbulda gecə klubunda yanğın zamanı 12 nəfər ölüb - YENİLƏNİB-1

İstanbulda gecə klubunda yanğın zamanı 12 nəfər ölüb - YENİLƏNİB-1

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın zamanı ölənlərin sayı artıb.

Birxeber.Az NTV-yə istinadən məlumat verir ki, ölənlərin sayı 12-a çatıb. Hadisə zamanı 11 şəxsin yaralandığı, 7-sinin vəziyyətinin ağır olduğu bildirilir.

Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, yanğınla bağlı istintaq başladılıb.

***

15:53

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın zamanı ölənlərin sayı artıb.

Birxeber.Az-nın verdiyi xəbərə görə, bu barədə NTV məlumat yayıb.

Ölənlərin sayı 8-ə, yaralıların sayı isə 15-ə çatıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır.

***

15:26

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə NTV məlumat yayıb.

Yanğın zamanı 3 nəfər ölüb. Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi qruplar göndərilib.