Güclü külək əsəcək, yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 4-ü səhərdən axşamadək havanın dəyişəcəyi, şimal-qərb küləyinin qısa müddətə güclənəcəyi, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 4-də hava şəraitinin dəyişəcəyi, qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz ayrı-ayrı yerlərdə arabir 30-32 m/s-dək güclənəcəyi, şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar zonalarında yağıntıların intensiv olacağı ehtimalı var.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.