Ukraynanın Azərbaycandakı səfiri: İdrak Camalbəyli qəhrəmanlıq göstərirdi

Ukraynanın Azərbaycandakı səfiri: İdrak Camalbəyli qəhrəmanlıq göstərirdi

İdrak Camalbəylinin reportajlarında həmişə real hadisələr, eləcə də əllərində silahla öz doğma torpaqlarını müdafiə edən insanların hissləri əks olunurdu.

“Birxeber.Az”un məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski azərbaycanlı hərbi müxbir İdrak Camalbəylinin dəfn mərasimindən sonra sosial şəbəkələrdə yazıb.

İ.Camalbəyli martın 29-da uzun müddətdir yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində ürəktutmasından vəfat edib.

Vladislav Kanevski
Vladislav Kanevski

Dəfn mərasimində iştirak edən səfir Rusiya-Ukrayna müharibəsi başlayan dövrdən İdrak Camalbəylinin ən qaynar nöqtələrə getdiyini vurğulayıb:

“O, bütün Avropanın sülhü və əmin-amanlığı üçün yüksək bədəl ödəyən Ukrayna xalqının şücaətini, qəhrəmanlığını göstərirdi”.