"CNN Türk"ün müxbiri: "Xankəndi-Laçın yolu açıqdır, gördüklərimiz ermənilərin iddialarını puça çıxarır" 

"CNN Türk"ün müxbiri: "Xankəndi-Laçın yolu açıqdır, gördüklərimiz ermənilərin iddialarını puça çıxarır" 

"İkinci Qarabağ müharibəsindən sonra bölgədə gərginliyin azalmadığını gördüm. Müharibə bitib, amma gərginlik hələ də davam edir. Bu cür problemlər davam edərkən dünya ictimaiyyəti Şuşadan keçən Xankəndi-Laçın yolundakı son vəziyyətin necə olduğunu bilmirdi".

Bunu "Birxeber.Az"un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında "CNN Türk" telekanalının müxbiri Ahmet Melih Türkeş deyib.

O, dinc aksiyanın keçirildiyi ərazidə gördüklərindən danışarkən bildirib ki, ərazidə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət məntəqələri var, onlarla paralel olaraq Azərbaycan hərbçiləri ərazidə xidmət aparır:

"Bununla yanaşı, Ermənistanın blokada iddiaları vardı. Bura gəldiyimiz zaman isə sadəcə azərbaycanlı gənclərin, mülki vətəndaşların ərazidə olduğunu gördük. Mənfi 10 dərəcəyə çatan şaxtalı havada 34 gündür etirazlar davam edir. Biz bir neçə dəqiqə ərzində çəkiliş aparan zaman soyuqdan üşüyürdük, amma etirazçılar günlərdir burada dayanıblar, tələblərini irəli sürürlər. Bu mənzərə bizə çox təsir etdi. Azərbaycanlı ekofəallar tələbləri tam yerinə yetirilənə qədər etirazlarını davam etdirəcəklərini bildirdilər. Onlar mövqelərində qətidilər və aksiyanı bu prinsip ilə davam etdirirlər".

Jurnalist söyləyib ki, bundan sonra nə olacağı çox önəmlidir: "Hansısa görüşlər, toplantılar olacaqmı, bunları yəqin ki, qarşıdakı günlərdə görə biləcəyik. Ümid edirəm ki, tərəflər görüşlər keçirər və ara-sıra baş verən gərginlik sülh və danışıqlar yolu ilə həllini tapar. Çünki buradakı ekofəalların da istəyi, tələbi sadəcə təbiətin qorunması ilə bağlıdır.

Açığını deyim ki, Şuşaya gəlməzdən əvvəl erməni mediasını da izləyirdim və onlar Laçın-Xankəndi yolunun bağlandığı, blokadada saxlanıldığını iddia edirdilər. Amma gəlib burada həm Rusiya sülhməramlılarının, həm də Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobillərinin heç bir maneə olmadan keçdiklərini müşahidə etdik. Bu isə özlüyündə ermənilərin iddialarını puça çıxarır və bir daha göstərir ki, onlar yalan məlumatlar yayırlar. Düşünürəm ki, erməni jurnalistlər də bura gələ və ərazidə baş verənləri öz gözləri ilə görə bilərlər".

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus 53 avtomobil maneəsiz hərəkət edib - VİDEO - YENİLƏNİB-10

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus 53 avtomobil maneəsiz hərəkət edib - VİDEO - YENİLƏNİB-10

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 40 avtomobili maneəsiz keçib - YENİLƏNİB

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 40 avtomobili maneəsiz keçib - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Səyahətçi: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa sürəti heyranedicidir”

Səyahətçi: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa sürəti heyranedicidir”

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin maneəsiz hərəkəti təmin olunub - YENİLƏNİB-4

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin maneəsiz hərəkəti təmin olunub - YENİLƏNİB-4

QARABAĞ QARABAĞ
On ölkədən olan səyahətçi və blogerlər Ağdamda - FOTO

On ölkədən olan səyahətçi və blogerlər Ağdamda - FOTO

QARABAĞ QARABAĞ
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi Ukrayna QHT-lərinin diqqət mərkəzindədir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi Ukrayna QHT-lərinin diqqət mərkəzindədir

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda erməni vandalizimini əks etdirən plakatlar dəmir dirəklərlə yerə bərkidilib - YENİLƏNİB

Xankəndi-Laçın yolunda erməni vandalizimini əks etdirən plakatlar dəmir dirəklərlə yerə bərkidilib - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 13 avtomobilin hərəkətinə növbəti dəfə şərait yaradılıb

Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 13 avtomobilin hərəkətinə növbəti dəfə şərait yaradılıb

QARABAĞ QARABAĞ
Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda aksiya keçirilən əraziyə əlavə canlı qüvvə cəlb edib

Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda aksiya keçirilən əraziyə əlavə canlı qüvvə cəlb edib

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 32 avtomobili maneəsiz keçib - YENİLƏNİB

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 32 avtomobili maneəsiz keçib - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Ukraynada Qarabağın minalardan təmizlənməsi və bərpasının gedişi ilə bağlı məqalə dərc edilib

Ukraynada Qarabağın minalardan təmizlənməsi və bərpasının gedişi ilə bağlı məqalə dərc edilib

QARABAĞ QARABAĞ
Bəsitçay Qoruğunda heyvanları izləmək üçün gizli kameralar quraşdırılıb

Bəsitçay Qoruğunda heyvanları izləmək üçün gizli kameralar quraşdırılıb