Azərbaycan Prezidenti: Müdafiə sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılıb

Azərbaycan Prezidenti: Müdafiə sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılıb

Türkiyə hərbi sənaye kompleksi məhsulları keyfiyyət və səmərəliliyə görə artıq dünya səviyyəsində məşhurlaşıb.

Birxeber.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı deyib.

Dövlət başçısı, eyni zamanda, Azərbaycanda müdafiə sənayesinin inkişafı ilə bağlı ciddi addımların atıldığını vurğulayıb və bu baxımdan Türkiyənin aparıcı şirkətlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını deyib.