İsrailin İranın Suriyadakı konsulluğuna zərbərləri nəticəsində ölənlərin sayı 13-ə çatıb

İsrailin İranın Suriyadakı konsulluğuna zərbərləri nəticəsində ölənlərin sayı 13-ə çatıb

İsrailin Suriyadakı İran konsulluğuna endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

APA IRNA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 6 Suriya vətəndaşı da öldürülüb.

Dağıntıların təmizlənməsi əməliyyatı son mərhələyə çatıb.

Qeyd edək ki, ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi məsləhətçiləridir.

Ümid Nəccari