Azərbaycana xaricdən pul köçürmələri 31% azalıb

Azərbaycana xaricdən pul köçürmələri 31% azalıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 317.9 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 87.4 milyon manata bərabər olub.

Birxeber.Az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-fevral aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 31.2% və ya 144.5 milyon manat, banklardan xaricə köçürmələr isə 29.6% və ya 36.7 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin ilk 2 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 462.4 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 124.1 milyon manat təşkil edib.