Finlandiyada məktəbdə baş verən atışmada bir uşaq ölüb - YENİLƏNİB - 2

Finlandiyada məktəbdə baş verən atışmada bir uşaq ölüb - YENİLƏNİB - 2

Finlandiyanın Vantaa şəhərindəki Viertola rayonunda yerləşən məktəbdə baş verən atışmada altıncı sinif şagirdi ölüb.

“Birxeber.Az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Finlandiya KİV-i məlumat yayıb.

Polis daha iki şagirdin ağır yaralandığını bildirib.

Qeyd edilib ki, məktəbdə 800-ə yaxın şagird, 90-a yaxın müəllim çalışır.
Daha əvvəl məktəbdəki atışma nəticəsində azı üç nəfərin yaralandığı bildirilmişdi.

12:11

Finlandiyanın Vantaa şəhərindəki Viertola rayonunda yerləşən məktəbdə atışma baş verib, nəticədə 3 uşaq yaralanıb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya polisi məlumat yayıb.

Şahidlərdən ərazidən uzaq durmaları xahiş olunub. Saxlanılan şübhəli şəxsin azyaşlı olduğu barədə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

11:49

Finlandiyanın Vantaa şəhərində yerləşən məktəbdə atışma baş verib.

“Birxeber.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya polisi məlumat yayıb.

Qeyd edilib ki, hadisə nəticəsində yaralananlar olub. Lakin xəsarət alanların dəqiq sayı açıqlanmayıb. Atışmanı törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirilir.