Fariz Cəfərov: "İT Hub Azərbaycan" layihəsindən 100-ə yaxın gənc yararlanıb"

Fariz Cəfərov: "İT Hub Azərbaycan" layihəsindən 100-ə yaxın gənc yararlanıb"

"İT Hub Azərbaycan" layihəsindən Azərbaycanın regionlarından olan 100-ə yaxın gənc yararlanıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "İT Hub Azərbaycan" layihəsinin bağlanış mərasimində deyib.

"Layihə çərçivəsində Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikası olmaqla Azərbaycanın regionlarında 19-30 yaş kateqoriyasına aid gənclərə ödənişsiz şəkildə “EPAM Systems” şirkətinin beynəlxalq ekspertləri tərəfindən təlimlər keçirilib. Bu zaman 7 fərqli ixtisas üzrə təlimlərin keçirilməsi təmin olunub", - deyə F. Cəfərov qeyd edib.

Xatırladaq ki, “IT Hub Azerbaijan” layihəsinə 4SİM, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə ötən ilin fevralın 7-də start verilib. Layihənin məqsədi Azərbaycanın regionlarında informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasına, bu sahəyə investisiyaların cəlbinə, yeni iş yerləri və karyera imkanlarının yaradılması proseslərinə dəstək göstərmək olub.